İlin ilk Günəş tutulması başa çatdı -YENİLƏNİB
01 may 2022 02:37 (UTC +04:00)

İlin ilk Günəş tutulması başa çatdı -YENİLƏNİB

0

2022-ci ilin ilk Günəş tutulması başa çatıb. 

AMEA N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Lent.az-a bildirilib ki, bu, qismən Günəş tutulması olub.

Tutulma aprelin 30-da 22.45-də başlayaraq 3 saat 52 dəqiqə davam edib.

***

22.46

Bu gün ilin ilk Günəş tutulması başlayıb.

AMEA N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Lent.az-a bildirilib ki, bu tutulma qismən Günəş tutulmasıdır.

Tutulma hadisəsi mayın 1-də saat 02:37-də sona çatacaq. Tutulmanın maksimumu saat 00:41-də olacaq. Tutulma hadisəsi 3 saat 52 dəqiqə davam edəcək.
İlin ilk qismən Günəş tutulması Cənubi Amerikanın cənubunda, Antarktidanın bir hissəsində, Sakit və Atlantik okeanlarında müşahidə ediləcək, Azərbaycan ərazisində isə müşahidə olunmayacaq.

Xatırladaq ki, bu il iki Günəş, iki Ay tutulması olmaqla, ümumilikdə dörd tutulma hadisəsi baş verəcək.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3490

Oxşar yazılar