Günün bu saatlarında təyyarə ilə səyahət etməyin, yoxsa...
06 dekabr 2023 14:40 (UTC +04:00)

Günün bu saatlarında təyyarə ilə səyahət etməyin, yoxsa...

Mütəxəssislər günün hansı saatlarında təyyarə ilə səyahətdən qaçmaq lazım olduğunu açıqlayıblar.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, təyyarə ilə səhər saatlarında səyahət etmək daha məsləhətlidir.

Belə ki, uçmaq üçün ən yaxşı vaxt səhər tezdən, ən pis vaxt isə günortadır. Məhz günorta saatlarında uçuş zamanı turbulentliyə daha çox rast gəlinir. Bundan əlavə, günortadan sonra xidmət pis olur.

Səhərə nisbətən axşam saatlarında tufanla qarşılaşma ehtimalı daha çoxdur. Bununla belə, ekspertlərin fikrincə, günorta uçuşları səhər uçuşlarından daha çox gecikməyə meyllidir.

Mütəxəssislər həmçinin bildirirlər ki, axşam uçuşları rahat ola bilsə də, risk də daşıyır. Ucuz başa gələn uçuşlarda adətən gün ərzində eniş və uçuş arasında cəmi 30 dəqiqə vaxt verir, beləliklə, cədvəllər asanlıqla pozula bilər. Uçuşların gecikmə ehtimalı daha yüksəkdir.

Statistikaya görə, saat 15:00-dan sonra uçan reyslərin ləğv olunma ehtimalı daha yüksəkdir. Problemlərin baş vermə ehtimalı günün əvvəlində baş tutan uçuşlarla müqayisədə orta hesabla 50% yüksəkdir.

# 2961
avatar

Arzu Qurbanlı

Oxşar yazılar