Geomaqnit qasırğaları zamanı Yer kürəsinin ozon qatı MƏHV OLUB
29 mart 2023 14:43 (UTC +04:00)

Geomaqnit qasırğaları zamanı Yer kürəsinin ozon qatı MƏHV OLUB

Sankt-Peterburq Dövlət Universitetinin (SPbSU) alimləri müəyyən ediblər ki, geomaqnit qasırğaları nəticəsində hər gün Yer kürəsinin ozon təbəqəsinin dörddə birinə qədəri məhv olur. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, belə nəticələr maqnitosferdən planetin atmosferinə çoxlu sayda yüksək enerjili proton, elektron və alfa hissəciklərinin daxil olması ilə izah olunur.

Prosesdə ozonun parçalanmasına səbəb olan sərbəst radikallar ayrılır.

“Biz aşkar etdik ki, qütb atmosferində geomaqnit pozğunluqları zamanı radikalların konsentrasiyası artır. Bu, gün ərzində mezosferin yüksəkliklərində ozonun məhvinə gətirib çıxarır. Tapdığımız maksimum dağıntı təxminən 75 kilometr yüksəklikdə 14-25 faiz təşkil edirdi. Yəni, maqnitosfer qasırğaları bu səthdə mövcud ozonun dörddə birinə qədər məhv edə bilər”, - Sankt-Peterburq Dövlət Universitetinin Ozon qatının və yuxarı atmosferin tədqiqi laboratoriyasının əməkdaşı İrina Mironova bildirib.

Murmansk vilayətinin Apatiti bölgəsində aparılan rentgen şüalarının balon müşahidələrindən istifadə etməklə atmosferdəki hissəciklərin sayı haqqında məlumat əldə etmək mümkün olub. Sonra mütəxəssislər atmosferdəki bir çox parametrləri və hadisələri nəzərə alan xüsusi hesablama riyazi modelləri tətbiq etdilər: neytral qazların temperaturu və konsentrasiyaları, sərbəst elektron və ionlar və digərləri.

Gələcəkdə kəşf tədqiqatçılara Yerin ozon qabığının deformasiyasını, sonrakı iqlim dəyişikliklərini daha dəqiq proqnozlaşdırmağa və radiodalğaların yayılmasını təhlil etməyə imkan verəcək.

# 768
avatar

Fidan İlqar

Oxşar yazılar

 Yaraşıqlı şahzadə   axtarmaq üçün dünyanı gəzməyə hazırdır

Yaraşıqlı şahzadə axtarmaq üçün dünyanı gəzməyə hazırdır

1 iyun 2023 , 00:32
Həftə sonuna qədər bu  2 bürcü yeni imkanlar  gözləyir 

Həftə sonuna qədər bu 2 bürcü yeni imkanlar gözləyir 

31 may 2023 , 19:31
Yuxusuzluq  nələrə   səbəb olur?

Yuxusuzluq nələrə səbəb olur?

31 may 2023 , 18:23
Yuxuya  mane olan   amillər

Yuxuya mane olan amillər

31 may 2023 , 17:53
50 ildən sonra "Yom Kippur" müharibəsi ilə bağlı YENİ FAKTLAR

50 ildən sonra "Yom Kippur" müharibəsi ilə bağlı YENİ FAKTLAR

31 may 2023 , 17:01
Birinci xanım  kralın oğlunun   toyuna gedir

Birinci xanım kralın oğlunun toyuna gedir

31 may 2023 , 15:26
İnsanlar 2040-cı ildə  Marsa gedə biləcək   – NASA

İnsanlar 2040-cı ildə Marsa gedə biləcək – NASA

31 may 2023 , 12:44
Təzə çiyələklərin budaqlarını ATMAYIN

Təzə çiyələklərin budaqlarını ATMAYIN

31 may 2023 , 11:46