Fidel Kastronun ölən bacısının SİRLƏRİ AÇILDI
05 dekabr 2023 12:12 (UTC +04:00)

Fidel Kastronun ölən bacısının SİRLƏRİ AÇILDI

Kuba inqilabının lideri, keçmiş prezident Fidel Kastronun bacısı Xuanita Kastro 90 yaşında Mayamidə vəfat edib. Bir müddət Mayamidə xəstəxanada müalicə alan Kastro 90 yaşında dünyasını dəyişib. Ailə üzvlərinin verdiyi açıqlamada Xuanita Kastronun təbii səbəblərdən dünyasını dəyişdiyi və dəfn mərasiminin ailə arasında keçiriləcəyi bildirilib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Kuba inqilabı ilə bağlı qardaşları Fidel və Raul ilə fikir ayrılığı yaşayan Kastro 1964-cü ildə ölkəsini tərk edərək ABŞ-ın Mayami şəhərində məskunlaşıb.

“Donna” təxəllüsü ilə ABŞ məxfi xidməti MKİ ilə əməkdaşlıq edən Kastro Kuba inqilabının lideri Fidel Kastro və Raul Kastronun administrasiyasını “açıq şəkildə” pisləyib.

Juanita Kastro illər əvvəl deyib: "Şübhəsiz ki, digər sürgünlərdən daha çox əziyyət çəkmişəm, çünki Florida boğazının heç bir tərəfində mənə möhlət verilməyib və həyatımın paradoksunu çox az adam anlayır. Kubadakılara görə, mən fərariyəm, çünki getdim və indiki rejimi pislədim. Mayamidə bir çox insanlara görə mən Fidel və Raulun bacısı olduğum üçün "sevilməyən adam" elan olundum".

# 3303
avatar

Fidan İlqar

Oxşar yazılar