Dünyanın ən qəribə və  maraqlı REKORDLARI  -  FOTO
02 dekabr 2022 20:00 (UTC +04:00)

Dünyanın ən qəribə və maraqlı REKORDLARI - FOTO

1955-ci ildən bəri hər il mütəmadi olaraq nəşr olunan “Ginnesin Rekordlar” kitabı artıq yeni “Ginnes Dünya Rekordları” adı ilə yayımlanır. Bu kitab həm təbiətdə, həm də dünyadakı insanların qırdığı rekordların toplusudur. Zaman-zaman bu kitaba düşən rekordların absurdluğu gündəm mövzusu olur və çox danışılır.

Lent.az xarici KİV-ə istinadən "Ginnesin Dünya Rekordları" kitabına düşən ən qəribə və maraqlı rekordları təqdim edir:

Elastik adam

Britaniya əsilli Qarri Turner “Möhtəşəm dördlü” filmindəki elastik adamın real versiyası kimi təsvir edilir. Onun dərisi o qədər elastikdir ki, 15,8 santimetrə qədər uzanır. Turnerin dərisinin bu vəziyyətdə olmasının əsas səbəbi “Ehlers-Danlos” sindromu kimi tanınan nadir bir xəstəliklə bağlıdır. Bu sindrom oynaqların həddindən artıq hərəkətliliyinə və dərinin uzanmasına səbəb olan genetik bir xəstəlik kimi tanınır.

En ilginç Guinness Rekorları | Guinness Rekorlar Kitabına girmiş en ilginç insanlar ile birbirinden farklı rekorlar

Gözləri xaricə çıxarma rekordu

Amerikalı qadın Kim Qudman göz bəbəklərini yuvalarından 12 millimetr kənara çıxara bilir. O, 2007-ci il noyabrın 2-də Türkiyənin İstanbul şəhərində başına xokkey maskası dəydikdən sonra bu istedadını kəşf edib.

En ilginç Guinness Rekorları | Guinness Rekorlar Kitabına girmiş en ilginç insanlar ile birbirinden farklı rekorlar

Dünyanın pirsinqli insanı

Almaniya doğumlu Rolf Buçholz dünyanın ən çox pirsinq etdirən kişisidir. 2010-cu ildən başlayaraq dodaqların ətrafına 158 olmaqla, ümumilikdə 453 pirsinq etdirib. Onun sağ qulağında 16, sol qulağında 15, qaşında 25, burnunda 94, dilində 2 və qalanları isə bədənin digər hissələrindədir.

En ilginç Guinness Rekorları | Guinness Rekorlar Kitabına girmiş en ilginç insanlar ile birbirinden farklı rekorlar

Dünya tarixində ən uzun adam

Tarixin ən hündür adamı amerikalı Robert Perşinq Uodlovdur. Axırıncı dəfə 1940-cı ildə iyunun 27-də Perşinqin boyu ölçülüb. Həmin vaxt onun boyu 2.72 sm olub.  21 yaşında onun çəkisi 222.71 kiloqram idi. Ölən vaxtı isə Robert 199 kilo olub.

En ilginç Guinness Rekorları | Guinness Rekorlar Kitabına girmiş en ilginç insanlar ile birbirinden farklı rekorlar

Dünyanın ən böyük ağızlı insanı

Dünyanın ən geniş ağız rekordu 17 santimetr ağız eni ilə Fransisko Dominqo Coquimə məxsusdur.

En ilginç Guinness Rekorları | Guinness Rekorlar Kitabına girmiş en ilginç insanlar ile birbirinden farklı rekorlar

Dünyanın ən çox barmaqlı insanı

Devendra Suthar dünyanın ən çox barmağına sahib olan insandır. Onun barmaqlarının ümumi sayı 28-dir. O əlavə barmaqlarının işinə heç bir mane yaratmadığını, amma dırnaqkarını kəsərkən çox diqqətli olmalı olduğunu qeyd edib.

En ilginç Guinness Rekorları | Guinness Rekorlar Kitabına girmiş en ilginç insanlar ile birbirinden farklı rekorlar

Evli ən qısa cütlük

Paulo Qabriel da Silva Barros (Braziliya) və Katyusiya Lie Hoşino ən qısa evli cütlük rekorduna sahibdirlər. Paulo Gabriel da Silva Barros 90,28 sm və Katyucia Lie Hoshino 91,13 sm ölçüdədir. Cütlük 2016-cı il sentyabrın 17-də ailə qurub.

En ilginç Guinness Rekorları | Guinness Rekorlar Kitabına girmiş en ilginç insanlar ile birbirinden farklı rekorlar

Dünyanın ən böyük burunlu insanı

Dünyanın ən böyük burnuna sahib insan Artvinli Mehmet Özyürekdir. Mehmetin 2010-cu ildə İtalyanın Roma şəhərində burnu ölçülən zaman 8.80 sm uzunluğunda idi.  

En ilginç Guinness Rekorları | Guinness Rekorlar Kitabına girmiş en ilginç insanlar ile birbirinden farklı rekorlar

Dünyanın ən yaşlı insanı

Dünyadakı ən çox yaşayan insan 1875-ci il fevralın 21-də anadan olan Cin Luiz Kalmentdir. O tam olaraq 122 il 164 gün yaşayıb. 1997-ci ildə avqustun 4-də Fransanın Arles kəndindəki qocalar evinin birində dünyasını dəyişib.

En ilginç Guinness Rekorları | Guinness Rekorlar Kitabına girmiş en ilginç insanlar ile birbirinden farklı rekorlar

Dünyanın ən uzun saçlı qızı

Hindistan əsilli 16 yaşlı Nilanşi Patelin saçları 1,75 m uzunluğundadır. O, altı yaşından bəri saçlarını uzadır və onu "şanslı cazibəsi" adlandırır. Patel həftədə bir dəfə saçını yuyur. Onları qurutmaq üçün isə yarım saat vaxt sərf edir.

En ilginç Guinness Rekorları | Guinness Rekorlar Kitabına girmiş en ilginç insanlar ile birbirinden farklı rekorlar

 

# 1905
avatar

Sevinc Fərid

Oxşar yazılar

2 yaşında oxumaq öyrəndi, 4 yaşında 6 dildə sayır

2 yaşında oxumaq öyrəndi, 4 yaşında 6 dildə sayır

27 yanvar 2023 , 06:27
Bu da tarixdəki ən böyük dinozavr - 15 METR

Bu da tarixdəki ən böyük dinozavr - 15 METR

27 yanvar 2023 , 05:25
Səni  qoz qabığında   gizlədim: Belə də olur -FOTOLENT

Səni qoz qabığında gizlədim: Belə də olur -FOTOLENT

26 yanvar 2023 , 19:08
Hər gün saç yuyanlara XƏBƏRDARLIQ

Hər gün saç yuyanlara XƏBƏRDARLIQ

26 yanvar 2023 , 17:36
Əkiz bacılar  eyni kişidən eyni vaxtda  hamilə qalmaq istəyir

Əkiz bacılar eyni kişidən eyni vaxtda hamilə qalmaq istəyir

26 yanvar 2023 , 14:55
90 manatlıq saqqız  çeynəyən ifaçı: “Çox əsəbiyik”

90 manatlıq saqqız çeynəyən ifaçı: “Çox əsəbiyik”

26 yanvar 2023 , 11:15
Təyyarənin  hər iki pilotu ölsə...   Sərnişinlər nə etməlidir?

Təyyarənin hər iki pilotu ölsə... Sərnişinlər nə etməlidir?

26 yanvar 2023 , 03:19
Bu filmlər yatmağınıza  KÖMƏK EDƏCƏK

Bu filmlər yatmağınıza KÖMƏK EDƏCƏK

25 yanvar 2023 , 19:20