Lent.az dünyadakı ən maraqlı məktəblər barədə məlumat verir.
Rusiyanın Yoşkar-Ola şəhərində yerləşən 5 nömrəli məktəbin binası sanki bu günümüzə nağıllar aləmindən düşüb. Bu binanı biznesmen Sergey Mamayev öz xanımı, müəllimə Tatyana Mamayaevaya hədiyyə edib. Məktəb 2001-ci ildən təhsil kompleksi şəklində fəaliyyətə başlayıb. Burda uşaq bağçası, orta məktəb, hovuz, məşq zalları, atçılıq komleksi yerləşir.
Kambocada yerləşən Komponq Luonq adlı üzən məktəb də dünyanın qeyri-adi təhsil ocaqlarındandır. Bu məktəb su üzərində, daha doğrusu üzən salda yerləşir. Ümumilikdə, bütün kənd üzən kənd hesab olunur. Adadakı bütün evlər Tonlesab gölündə yerləşir və təcrid olunmuş formadadır. Bu məktəbdə yalnız həlak olmuş balıqçıların yetim uşaqlarına dərs verilir. Adaya təşkil edilən turist səfərlərindən yığılan pullar məktəbin saxlanılmasına xərclənir.
Yakutiyadakı köçəri məktəblər də qeyri-adiliyi ilə diqqət çəkir.Saxa Respublikasında əhalinin çox hissəsi köçəri həyat yaşayır. Regionda 10 köçəri məktəb var. Bu məktəblər tədris avadanlıqları ilə təchiz olunmuş mobil çadırlardan ibarətdir. Köçəri məktəblər maral saxlayan köçərilərin uşaqlarına valideynlərindən ayrılmadan təhsillərinə davam etmək imkanı verir.
ABŞ,-ın Cənubi Karolina ştatında Openspeys məktəbində hər şagirdə fərdi yanaşma tətbiq edilir. Hər şagirdin öz otağı, öz kompüteri var və istədiyi müəllimi özü seçir. Məktəbin şagirdləri ölkə üzrə yaşıdlarına nisbətən 3 dəfə yüksək nəticələr göstərirlər.
ABŞ-ın Reston yeraltı məktəbi torpağın altında yerləşir. Məktəbin torpaq tavanın üzərində günəş batareyaları və havalandırma sistemləri yerləşir. Bura ölkənin elektrik enerjisinə qənaət edən ən yaxşı məktəbi sayılır.
Çinin Qulu dağ məktəbinə gedən yollar dünyanın ən təhlükəli yolları hesab olunur. Uşaqlar sıldırım qayaların kənarlarında çapılmış dar cığırlarla yay-qış demədən, təhsil almaq üçün uzun yollar qət etməli olurlar. İbtidai məktəbin cəmi bir müəllimi var.
Parisin yaşıl məktəbi də dünyanın maraqlı məktəbləri siyahısındadır. 5 mərtəbəli binanın damında meşəni andıran bağ salınıb. Bütün mərtəbələrdə ağaclar, çiçəklər və qazonlar var. Məktəb 18 sinifdən ibarətdir.