Dünya Ukraynadakı bu cütlükdən DANIŞIR - Müharibəyə belə getdilər...
25 fevral 2022 12:35 (UTC +04:00)

Dünya Ukraynadakı bu cütlükdən DANIŞIR - Müharibəyə belə getdilər...

Ukraynada yaşayan cütlük Rusiyanın Ukraynaya hücumundan sonra may ayına planlaşdırılan nikah gününü ertələyiblər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Kiyevdə həyəcan siqnallarının sədaları altında kilsəyə gedən 21 yaşlı Yarina Ariyeva və 24 yaşlı Sviatoslav Fursin nikah bağlayıblar.

Ölkədən ayrılmağı düşünmədiklərini deyən cütlük nikaha girdikdən sonra könüllü olaraq cəbhəyə yola düşüblər.

Nikaha girən gənc Ariyeva bildirib ki, torpağımız uğrunda vuruşacağıq:

"Ölə bilərik, ona görə də bundan əvvəl evlənmək istədik”.

Gənc cütlüyün bu addımı dünya mediasında gündəm olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4473
avatar

Fidan İlqar

Oxşar yazılar