Döymələrinə görə rekordlar kitabına  düşdü
23 oktyabr 2024 15:26 (UTC +04:00)

Döymələrinə görə rekordlar kitabına düşdü

Bridgeport (Konnektikut, ABŞ) sakini Esperance Lumineska Fuerzina döymələri sayəsində rekordçu olub. 38 yaşlı qadının bədəni 99,98% döymə ilə örtülüb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, amerikalı təkcə ən çox döymənin sahibi deyil, həm də tarixdə qadınlar arasında ən çox bədən modifikasiyasının sahibi adlandırılıb.

Döymələrinin sayı 89-dur (bu, əvvəlki rekordçudan 40 bədən modifikasiyası çoxdur). O, ilk “tatuajını” təxminən 15 il əvvəl etdirib. Düzdür, indi bu rəsmi görmək mümkün deyil, çünki Fuerzina onun üstünə başqa bir döymə vurub. O, ilk bədən modifikasiyasına daha sonra qərar verib. Çəngəl dilini inkişaf etdirdiyi vaxtdan təxminən 10 il keçib. Qadında orduda xidmət etdikdən sonra dəyişiklik arzusu oyanıb. 

Mujer rompe récord Guinness de tatuajes | T13

US Army Veteran Earns Guinness World Record For Being 'Most Tattooed Woman'

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1752
avatar

Fidan İlqar

Oxşar yazılar