Amerikalı gənc cütlük həm pul qazanmaq, həm də dünyanı pulsuz gəzmək üçün yeni yol tapıb.
Lent.az-ın xəbərinə görə, onlar səyahət edən insanların heyvanlarına qulluq göstərməklə məşğuldurlar.
Səyahətə çıxan amerikalıların çox vaxt özləri ilə apardıqları it və pişiklər onlara rahat hərəkət etməyə mane olur. Gənc cütlük isə bu işdə onlara kömək edir. Artıq yeni “peşə”nin sayəsində cütlük İspaniya, Fransa, Almaniya və Cəbəlüttariqə səfər edib. Həm də heyvan sahiblərinin pulu ilə.