Burnunu qurdalayan   kişi İNFEKSİYAYA yoluxdu
11 oktyabr 2023 19:55 (UTC +04:00)

Burnunu qurdalayan kişi İNFEKSİYAYA yoluxdu

Çinli bir kişi tez-tez burnunu qurdaladığı üçün infeksiyaya yoluxub. 

Lent.az xəbər verir ki, Zeng adlı 33 yaşlı kişi burnunu eşmək vərdişinə görə xəstəxanaya düşüb. Onun üst dodağında və yanaqlarında iltihab yaranıb. Bir neçə gün sonra vəziyyəti pisləşib. Hətta gözünü aça bilməyib. 

Çinli xəstəxanaya müraciət edib. Orada həkimlər onun bədənində düzgün müalicə edilmədən təhlükəli fəsadlara səbəb ola biləcək bakterial infeksiyanın olduğunu təsdiqləyiblər. Həkimlər bildirib ki, Zenq barmağı ilə burun mukozasını zədələyib və bu da infeksiyaya səbəb olub.

Bir həftəlik müalicə kursundan sonra kişinin vəziyyəti normallaşıb. 
 

# 2802
avatar

Oxşar yazılar