Buğa bürcü  qadınlarının xarakteri necədir?
26 iyul 2022 09:07 (UTC +04:00)

Buğa bürcü qadınlarının xarakteri necədir?

Buğa Zodiakın ikinci bürcüdür. Hər il aprelin 21-dən mayın 21-dək olan tarixdə doğulanlar bu bürcün nümayəndələridir. Veneranın idarə etdiyi, torpaq qrupuna aid olan Buğa bürcləri sakit görkəmlərinə baxmayaraq çox enerjili olmaqları ilə tanınır. 

Bəs, ayrılıqda buğa bürcünün qadın nümayəndələrinin xarakteri necədir?

Lent.az onların xarakterlərini təqdim edir:

Buğa qadının həyat enerjisi yüksəkdir. Bununla belə, onun ümumi və ən çox tanınan xüsusiyyəti yemək yeməyi sevməsidir. 

Buğa qadınları analarına çox düşkün və bağlı olurlar. Bir çox şeyi onların istəklərinə görə həyata keçirirlər. 
Buğa qadınları çox məsələlərdə təfərrüatlı və diqqətlidirlər. Başqa xarakterlərindən biri də həyatına çox az adam almasıdır. Digər insanlarla ünsiyyəti səthidir. 

Bu bürcün qadın nümayəndələri çox insanlar tərəfindən bəyənilir. Onlar duyğularını tam şəkildə hiss etməyi sevir. Olduqca mehriban xarakterlidirlər. Tez qərar qəbul edir və qısa müddətdə də həyata keçirir. 

Buğa qadınları son dərəcə qısqancdır. O, qısqanclıqla yanaşı, inadkar olmağı da sevir. Bəzən sərt, bəzən isə obsessiv olurlar. Demək olar ki, özündən və ailəsindən başqa heç kəsi düşünmürlər. Bu da onların mənfi tərəflərindən biridir. 

Özünü xüsusi hiss etdirən qarşı cins onlar üçün bir məqsəddir. Dediklərini təsdiqləyən partnyor onların xoşuna gəlir. Buğa qadınlarının diqqətini həmişə romantik, sakit və ciddi biri çəkir. 

İş həyatlarında da iddialı olmaları ilə tanınır. Tutduğunu qopardan tipində insanlardır. Amma hər hansı bir şirkət sahibi olmaq onların çox maraq dairəsində deyil. Bank işi və mühasibatlıqla əlaqəli peşələr Buğa qadının uğurlu olduğu sahələrdir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 17880
avatar

Sevinc Fərid

Oxşar yazılar