Bu ölkə  100 adasını SATIR:  100 min dollar depozit
01 dekabr 2022 16:00 (UTC +04:00)

Bu ölkə 100 adasını SATIR: 100 min dollar depozit

İndoneziya 100 adasını hərraca çıxarmaq istəyir.

Lent.az-ın məlumatına görə, bu barədə “The Guardian” saytı məlumat yayıb.

Məlumata görə, yüzdən çox kiçik adanın daxil olduğu arxipelaq Nyu-Yorkda satışa çıxarılacaq. Mərcan üçbucağında yerləşən Vidi adalar qrupu dekabrın 8-dən 14-dək təqdim ediləcək. Adaların ümumi sahəsi 10 hektara yaxındır. Bali Beynəlxalq Hava Limanından buraya 2,5 saatlıq uçuş məsafəsidir.

İndoneziya qanunlarına görə, əcnəbi vətəndaşlar ölkədə adalar ala bilməzlər. Amma burada yerli holdinqlərdə pay sahibi olan şəxslərin ada almaq imkanı var. Hərracda iştirak etmək istəyənlərdən əvvəlcədən 100 min dollar məbləğində depozit qoyması tələb olunur.

Qeyd edək ki, arxipelaqın satışı artıq eko-aktivistlərin narahatlığına səbəb olub. Onlar bu adalarda planlanan tikintilərin təbiətə qarşı təhdid olduğunu bildiriblər.

# 2136
avatar

Sevinc Fərid

Oxşar yazılar