İdeal olaraq, ailə bir insan üçün gücünü bərpa edə, özünə inamı gücləndirə və istirahət edə biləcəyi əsl "müqəddəs yer" olmalıdır. Amma praktikada bununla heç də həmişə rastlaşmırıq. Bəzən ailə üzvlərimiz bilmədən həyatı çətinləşdirir.
Ailənin mənfi təsir olduğunu necə başa düşmək olar?
Lent.az xarici KİV-ə istinadən bunu başa düşməyin yollarını göstərir:
Onlar yalnız sizin çatışmazlıqlarınızı göstərirlər
İdeal insandan nə qədər uzaq olduğumuzu həmişə yad adamlardan eşidə bilərsiniz. Yaxınlarınızdan dəstək və anlayış gözləyirsiniz. Əgər yaxınlarınız sizə daim yalnız öz çatışmazlıqlarınız barədə danışırlarsa, bu davranış zərərlidir. Ailənizlə danışın və onlara hisslərinizi bildirin. Mütəxəssislərin fikrincə, şərhlərin düzgün formada və dozada verilməli olduğunu izah edin.
Pulunuzu sayırlar
Bəzən hətta valideynlərindən ayrı yaşayan insanlar belə xoşagəlməz halla üzləşirlər. Valideynlər pulunuzu saymağa başlayır və onu düzgün idarə etmədiyinizi qeyd edirlər. Bunu etmək olmaz: insan özü qazancını necə və nəyə xərcləyəcəyini müəyyən edə bilir.
Özünüzü depressiyada hiss edirsiniz
Bəzən insanların hansı məqsədi güddükləri o qədər də vacib deyil: önəmli olan bizim ona necə reaksiya verdiyimizdir. Ailə üzvləri ilə söhbətlər çox vaxt özünə inamın itirilməsi, pis əhval-ruhiyyə və depressiya ilə başa çatırsa, nəticə çıxarmağa dəyər. Hətta yaxın insanlar da zərərli təsirə yol verməməlidirlər.