Bələdiyyədən şok təklif: pivənin yarı pulunu dövlət ödəsin
05 may 2022 01:51 (UTC +04:00)

Bələdiyyədən şok təklif: pivənin yarı pulunu dövlət ödəsin

0

Almaniyanın Bade Vürtemberq torpağındakı Şvebiş Hall şəhərinin bələdiyyəsi maraqlı təkliflə çıxış edib.

Lent.az-ın xəbərinə görə, pandemiya və Ukrayna böhranı səbəbindən Almaniyada pivə bahalaşıb. Bu səbəbdən istehlak aşağı düşüb. 
Şəhər bələdiyyəsinin sədri təklif edib ki, kafe və barlarda pivənin yarım litri 2 avroya satılsın. Başqa sözlə, satış qiyməti neçə olursa-olsun, müştəri yalnız 2 avro ödəsin. Qalan fərqi bələdiyyə təmin etsin. 

Merin təklifini Federal torpağın parlamenti müzakirə üçün qəbul edib. Təklif konstitusiyaya zidd olmadığı təqdirdə tətbiqinə icazə veriləcək.

Qeyd edək ki, hər alman ildə orta hesabla 84 litr pivə içir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2262

Oxşar yazılar