Daşrat Mançi
02 iyun 2021 04:12 (UTC +04:00)

Daşrat Mançi

22 ilə təkbaşına dağı yarıb kəndlə xəstəxana arasındakı yolu qısaltdı

0

Hindistanın ucqar və kasıb kəndində yaşayan Daşrat Mançi 22 il ərzində təkbaşına işləyərək dağı dəlib yol çəkib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Daşrat arvadını itirəndən sonra bu addımı atmağa qərar verib. 

Xəstə olan həyat yoldaşını yolun uzaq olması səbəbindən həkimə vaxtında çatdırıla bilmədiyindən ölüb.

Bundan sonra, 1960-cı ildə əlinə külüng götürərək aradakı 70 kilometrlik yolu 40 kilometrə qədər qısaldır. Nəticədə 22 il ərzində 110 metr uzunluğunda, 9 metr enində yol açır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 55237

Oxşar yazılar