Dünyanın məşhur musiqi və istedad yarışmalarının prodüseri, aparıcı Simon Kovel vəsiyyəti ilə gündəmə gəlib.
Lent.az xəbər verir ki, aparıcı sərvətinin 20 milyon funt-sterlinqini (təxminən 45 milyon manat) it sığınacaqlarına bağışladığını açıqlayıb.
O, bu addımı itləri çox sevdiyi üçün etdiyini bildirib.
Qeyd edək ki, Simon Kovelin hazırda 600 milyon dollarlıq sərvəti var. O, “The X Factor”, “America's Got Talent”, “Britain's Got Talent” kimi dünyaca məşhur yarışmaların yaradıcısıdır.