Eşitmə əngəlli Helen
15 mart 2021 19:06 (UTC +04:00)

Eşitmə əngəlli Helen

16 yaşına qədər kar olduğunu bilməyən qız: “Eşitmə cihazlarımı sevirəm”

16 yaşlı “TikTok” istifadəçisi  bu vaxta qədər eşitmə qüsuru olduğunu bilmədiyini söyləyib.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, Helen adlı gənc qız eşitmədə çətinlik çəkdiyini bir problem kimi yox, normal olduğuna inanaraq böyüdüyünü bildirib. Elə bilib ki, ətrafdakı səsləri hamı onun kimi eşidir.

İndiyə qədər 2 milyondan çox izlənən videoda Helen, hər il mütəmadi olaraq eşitmə testi keçirildiyi bir məktəbdə təhsil aldığını da qeyd edib.

"Xatırladığım qədər mən həmişə bu eşitmə testlərindən yaxşı çıxmırdım, amma sonra daima məndən soruşduqları bir sual var idi: Son bir neçə həftədə xəstələnmisən? Uşaq vaxtı tez-tez xəstə olurdum, ona görə cavabım "hə" idi. "O zaman yəqin sinuslarınız tıxanıb" deyirdilər”.

Bu sözləri eşidəndə sadəcə 12 yaşı var idi və o, məktəbdə ona deyilənlərə inanır.

Hər il təkraralanan testlərdən hər dəfə eyni cavabı alan Helen, liseydə oxuduğu illərdə yenidən müayınə olunur və tibb bacısı bu dəfə ona köhnə diaqnozu qoymur. Vəziyyət ailəsinə izah edildikdən sonra yenidən bir müayinə üçün ailə həkiminə göndərilir və yenidən testdən keçmir. Bundan sonra Helen bir audioloqun yanına göndərilir. Həkimlər başqa bir yolu sınadılar və qulaqlarına çox yüksək səslər göndərirdilər. Nəhayət, bir otorinolaringologun yanına gətirilən Helenə yüngül və ağır eşitmə itkisinə səbəb ola biləcək bir xəstəlik olan otoskleroz diaqnozu qoyulur.

Həkim Helenə iki yolunun olduğunu söyləyir. Birincisi əməliyyat edilməli olduğunu, ancaq bunu riskli olacağını və nəticədə Helenin bütün eşitmə qabiliyyətini itirə biləcəyini deyir. Digəri isə ömrünün sonuna qədər eşitmə cihazlarından yararlanmalı olduğu fikri idi.

Helen, "Eşitmə cihazlarımı və kar cəmiyyətinin bir hissəsi olmağı sevirəm" deyir...

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6348
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar