140 min dollarlıq plastik əməliyyat  taleyini dəyişdi - VİDEO
16 sentyabr 2024 17:34 (UTC +04:00)

140 min dollarlıq plastik əməliyyat taleyini dəyişdi - VİDEO

Yaponiyalı Hirase Airi xarici görünüşünü yaxşılaşdırmaq üçün 20 milyon yen (təxminən 238 min manat) xərcləyərək plastik cərrahiyyə vasitəsilə həyatını kökündən dəyişdirib. Bu gün o, sosial mediada iki milyondan çox izləyicisi, televiziya şoularında çıxışları və üzük modeli kimi işləməsi ilə bir vaxtlar arzuladığı uğurdan həzz alır.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, transformasiyalarından əvvəl Airi tamamilə fərqli bir həyat sürüb.

Həmyaşıdları tərəfindən cəlbedici görünmədiyi üçün uşaqlığı daimi istehza ilə keçib. Hətta yeniyetməlik illərində də zorakılıqla üzləşməyə davam edib, lakin həyatını mümkün qədər tez dəyişdirəcəyinə söz verib. Məktəbi bitirdikdən sonra Airi yaxşı maaşla sabit bir iş tapa bilməyib və o, mühafizəçi və yükləyici kimi işləməli olub. Hər şeyə qənaət edərək, ilk plastik əməliyyatı üçün inadla pul yığıb. 10 milyon yen toplaya bildikdə, qız gələcək karyerasına qapı açan ilk prosedurdan keçməyə qərar verib.

Köhnə və yeni Airi tamamilə fərqli insanlar kimi görünür - onun görünüşü köklü dəyişikliklərə məruz qalıb və indi qız nəinki şöhrət qazanıb, həm də plastik cərrahiyyənin qızğın tərəfdarına çevrilib. Onun hekayəsi estetik cərrahiyyənin nəinki xarici görünüşünü dəyişdirə biləcəyinin, həm də insana tamamilə fərqli həyat şansı verdiyinin sübutudur. Airi etiraf edir ki, bu dəyişikliklər olmasaydı, onun uğuru mümkün olmazdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1905
avatar

Fidan İlqar

Oxşar yazılar