100 yaşlı kişi 84 il eyni şirkətdə işlədi:  Bu, dünya rekordudur
10 may 2022 10:27 (UTC +04:00)

100 yaşlı kişi 84 il eyni şirkətdə işlədi: Bu, dünya rekordudur

Uolter Ortmann iki mühüm əsas məqamı qeyd edib: 100 yaşı tamam olub və bir şirkətdə ən uzun müddət işləməsilə bağlı dünya rekordunu qırıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, Ginnesin Rekordlar Kitabına görə, Ortmann Santa-Katarina ştatındakı “Industrias Renaux S.A” tekstil şirkətində (indi “RenauxView” kimi tanınır) çatdırılma üzrə köməkçi kimi işə başlayanda cəmi 15 yaşında idi. 

Çatdırılma üzrə köməkçi kimi işə başlayan Ortmann satış və sonra satış meneceri vəzifəsinə yüksəlib.

“RenauxView”da işləmək ona Braziliyaya səyahət etmək, müxtəlif ölkələrdən olan insanlarla tanışlıq imkanı verib, lakin işinin ən sevimli hissəsi onun qarşısına qoyduğu məqsəd öhdəlikləri yerinə yetirməsi olub. Hər gün idman edir və hər səhər ofisə gedir.

“Bəyəndiyimiz şeyi edəndə, zamanın necə uçduğunun fərqinə varmırıq" deyən Uolter bildirib ki, Ginnesin Rekordlar Kitabına rekordçu kimi düşməsi onun "ən böyük uğurudur.

O, “RenauxView”də 81 il 85 günlə 2019-cu ildə müəyyən etdiyi öz rekordunu qırıb.

Ortmann 84 illik karyerasında müvəffəqiyyətin sirrinin qarşınızda olana diqqət yetirməkdə olduğunu da öyrənib.

Ortmannın pensiyaya çıxıb-çıxmayacağı isə hələ ki məlum deyil.
 

# 2973
avatar

Oxşar yazılar