Zamiq Yaşıl Teatrda konsert verdi
19 sentyabr 2013 11:44 (UTC +04:00)

Zamiq Yaşıl Teatrda konsert verdi

Müğənni Zamiq Hüseynovun “Bu şəhəri çox sevirəm” adlı solo konserti olub. Lent.az-ın məlumatına görə, konsert maraqlı anlarla yadda qalıb. İfaçını səhnədə Ukraynadan dəvət olunan rəqqasələr müşayiət edib. Zamiq konsertin adını daşıyan “Bu şəhəri çox sevirəm” albomunu, həmçinin çoxdan vəd olunan “Karaoke” diskini və yaxında lentə alınan “O-o-o” klipini də gecənin qonaqlarına təqdim edib.

 

Zamiqi həmkarları da tək qoymayıb. O, səhnəni təkcə Röya ilə bölüşsə də, gecədə xalq artisti İlhamə Quliyeva, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, biznes-ledi Ruhi Əliyeva, modelyer Afaq İsmayılzadə,  müğənnilər Sevda Yəhyayeva, Elçin Cəfərov, Samirə Allahverdi, Günay İbrahimli, aparıcılar Nərgiz Cəlilova, Murad Dadaşov, Nanə Ağamalıyeva, Zaur Nəbioğlu, Ramin İbrahimov, Rufət Quliyev, prodüser Tolik və digərləri iştirak edirblər.

Gecənin musiqi tərtibatçısı bəstəkar-müğənni Rəhimli Rəhimli, təşkilatçıları isə prodüserlər Elnur Həsənov və Kənan Bayramov idi.

 “Konsertin böyük maraqla izləndiyini hiss etdim. Həyəcanlı da deyildim. Tamaşaçıların səmimiyyətini hiss edirdim. Konsertimi izləməyə gələn həmkarlarıma sonsuz minnətdarlığımı bildirirəm. Gəlməyənlərə də təşəkkür edirəm. Hər kəsə minnətdaram"-deyə Zamiq lent.az-a bildirib. 

 

 

Onu da vurğulayaq ki, konsertin informasiya dəstəyi Lent.az-a məxsus idi.

# 1953

Oxşar yazılar