Tanınmış vizajist qəzaya düşdü - Bakıda
27 avqust 2014 14:10 (UTC +04:00)

Tanınmış vizajist qəzaya düşdü - Bakıda

Azərbaycanın tanınmış stilist-vizajisti Vəfa İbrahimzadə avtomobil qəzasına düşüb. Lent.az-ın avropa.info-ya istinadən verdiyi məlumata görə, hadisə aeroprt yolunda baş verib. Vizajist bildirib ki, yüksək sürətlə hərəkət edən avtomobilin qəfildən təkəri partlayıb. Bundan sonra avtomobil aşıb. Qəza nəticəsində V.İbrahimzadə ciddi bədən xəsarəti alıb.


V.İbrahimzadə deyib ki, avtomobildə onun ailə üzvləri də olub. Qəzada vizajistin qızının daxili orqanları zədələnərək, əməliyyat olunub.
 

Qeyd edək ki, Vəfa İbrahimzadə”Eurovision” beynəlxalq mahnı müsabiqəsində stilist-vizajist kimi iştirak edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3741

Oxşar yazılar