Şou-biznes əhli "Santa Klausun evi"ndə
25 dekabr 2014 10:16 (UTC +04:00)

Şou-biznes əhli "Santa Klausun evi"ndə


“Aqua Park Novxanı”da keçirilən “Yeni il şənliyi” şousu artıq qapılarını sevənlərinə açıq elan edib. Lent.az-ın məlumatına görə, dekabrın 20-dən yanvarın 5-nə qədər baş tutacaq şənliyə hər gün şou-biznesin tanınmış simaları qatılır. Şənlikdə "Santa Klaus"un qəbul otağında uşaqlarla görüşü, diskoteka, müsabiqələr, sürprizlər və yeni il hədiyyələri verilməsi nəzərdə tutulub.

 

Əylənmək üçün “Aqua Park”a gələn şəxslər "Santa Klaus"un məktub ofisini, "Santa" kafesini, oyun meydançasını görə bilərlər. Bundan başqa, azyaşlılar da hədiyyəsiz qalmayacaq.

Xatırladaq ki, şounun ilk gününə tanınmış müğənnilərdən Lalə Məmmədova, Günay İbrahimli, Hacı Nazim, aparıcı Vüsalə Əlizadə, Arzu Ümid və başqaları gəlib. 

Qeyd edək ki, "Santa Klausun evi" şousu yanvarın 5-nə qədər saat 10:00-dan 20:00-a qədər davam edəcək. "Santa Klausun evi" şousuna qatılmaq istəyənlər biletləri şəhərin kassalarından və "AF otel"dən əldə edə bilər. Biletin qiyməti 15 manatdır (1 yaşa qədər uşaqlar üçün pulsuz).


Əlaqə nömrələri: (012) 441-24-01

(050) 868-22-65

 

Qeyd edək ki, şounun informasiya dəstəkçisi Lent.az-dır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 339

Oxşar yazılar