Səudiyyə qadınları sürücülük uğrunda mübarizəyə başlayır
20 sentyabr 2013 07:31 (UTC +04:00)

Səudiyyə qadınları sürücülük uğrunda mübarizəyə başlayır

Səudiyyə Ərəbistanında qadınlar maşın sürmək haqları uğurdan kampaniyaya başlayıb.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu ölkədə qadınların avtomobil sürməsi yasaqdır. Halbuki bu haqda rəsmi qanun mövcud deyil.

 

Qadınlar və onları dəstəkləyən kişilər «Twitter» səhifələrində qadınların maşın sürmək haqqının tanınmasına münasibət bildirməyə çağırış ediblər.

 

Qadın hüquq müdafiəçisi Əman əl-Nəfcan bildirib ki, onlar oktyabrın 26-da  aksiyaya başlayacaq.

 

Təşkilatçılar hesab edir ki, bu aksiya cəmiyyətin tələbini əks etdirir.

 

Səudiyyə Ərəbistanının rəhbərliyi ictimai fəalları dinləməyə hazır olduğunu bildirir.

 

# 1352
avatar

Oxşar yazılar