Səbinə Babayeva: “...Həyat yoldaşımdan... ayrılıram”
25 fevral 2013 10:20 (UTC +04:00)

Səbinə Babayeva: “...Həyat yoldaşımdan... ayrılıram”

“Eurovision -2012” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən müğənni Səbinə Babayeva 8 Martda  konsert proqramı ilə çıxış edəcək. Lent. az -ın məlumatına görə, fərqli bir proqram hazırlayan müğənni konsertdə "Eşq alovu" adlı yeni mahnısını təqdim etmək niyyətindədir. Mahnının musiqisini ifaçının özü, sözlərini isə "Aypara " qrupunun solisti Arzu Həsənli yazıb. Bundan başqa mahnının ərsəyə gəlməsində aranjemançı Emin Kərimi, əməkdar artist Ənvər Sadıxov və gənc skripkaçı Əkbərin də əməyi olub.

 

 

O, Lent. az-a  “Eşq alovu” adlı mahnısının necə ərsəyə gəlməsindən söz açıb,  mahnını təyyarədə bəstələdiyini söyləyib: " Bu yaxınlarda işlərimlə bağlı  səfərə çıxmışdım. Bu mahnını elə təyyarədəcə  yazdım. Həyat yoldaşıma... Mənə elə gəlirdi ki, həyat yoldaşımdan uzun müddətə  ayrılıram. Ayrılıq cəmi 4 gün çəksə də, sıxıntılarım mənə bu mahnını yazdırdı. Mövzu sevənlərə tanışdır.  Kimə  yad gəlsə, onlara mesajım budur - sevin və sevilin".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3958

Oxşar yazılar