Roza Zərgərli layihə hazırlayır
13 may 2016 14:11 (UTC +04:00)

Roza Zərgərli layihə hazırlayır

Azərbaycanlı müğənni Roza Zərgərli yaxın zamanlarda yeni “Can Azərbaycan” adlı foto-layihəyə imza atacaq. Bunu Lent.az-a açıqlamasında müğənni özü deyib.

““Can Azərbaycan” ölkəmizin turizm potensialını artırmaq, Vətənimizin əsrarəngiz guşələrini dünyaya tanıtmaq məqsədi daşıyır. Biz hətta göyün yeddinci qatından Azərbaycanımız üzərində çəkilişlər aparacağıq. Artıq Bakının, Mingəçevirin, Gəncəmizin gəzməli, görməli yerlərində çəkilişlər olub. Layihədəki fotoşəkillərdən ibarət fotosərgi etməyi də planlaşdırırıq. Layihə fevral ayından reallaşacaq”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 318

Oxşar yazılar