Nadir Qafarzadə: “Hər kəs öz işi ilə məşğul olsun!”
20 avqust 2013 13:54 (UTC +04:00)

Nadir Qafarzadə: “Hər kəs öz işi ilə məşğul olsun!”

“Mənim zövqüm bəzi dırnaqarası modelyerlərdən min dəfə yaxşıdır”. Bunu Lent.az-a  müğənni Nadir Qafarzadə öz geyimindən söz açarkən deyib: “Bəzi stilistlər öz müsahibələrində məni zövqsüz adlandırırlar. Onların adlarını çəkməyəcəm, amma geyimimi bəyənməyən modelyerlərə məsləhətim budur ki, ilk olaraq özlərinə diqqət etsinlər, daha sonra da başqasının geyimindən danışsınlar. Onlar sadəcə Nadir Qafarzadə reallığını qəbul etmək istəmirlər. Bunun əsil səbəbi isə mənim aktual ifaçı olmağımdı. Mən heç kimin tənqidi fikrinə münasibət bildirməyəcəm. Çünki onların adlarını çəkib reklam etmək istəmirəm. Hər kəs öz işi ilə məşğul olsun. Mənim adımla gündəmdə qalmağa çalışmasınlar”.

 

# 1469
avatar

Yalçın UĞUR

Oxşar yazılar