Müğənni Elvin Abdullayev yaradıcılığından söz açıb. Gördüyü işlərdən Lent.az-a danışan ifaçı bildirib ki, sözləri Altay Yaşara, musiqisi özünə məxsus olan “Həyat dostum” mahnısına klip çəkdirir: “Ötən həftədən çəkilişlərinə başladığımız klip artıq hazır olmaq üzrədir. Xeyli müddətdir ki, məni tanıyan insanlar bu mahnıya klip çəkdirməyimi istəyirdilər, onların istəyini də nəzərə alıb mahnını ekranlaşdırmaq qərarına gəldim. Klip artıq montajdadır. Mahnının Elvin Musayev aranjeman edib”.
Çəkilişlərdən olan şəkilləri təqdim edirik.