İlk buraxılış imtahanında 70706 şagird iştirak edəcək
06 iyun 2014 11:45 (UTC +04:00)

İlk buraxılış imtahanında 70706 şagird iştirak edəcək

“İyunun 8-də keçiriləcək ilk buraxılış imtahanında ümumilikdə 70706 şagirdin imtahan verəcəyi gözlənilir”. Lent.az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, saat 10-da IX sinif şagirdləri, 15-də isə XI sinif şagirdləri öz biliklərini nümayiş etdirəcəklər: “İyunun 8-də orta ümumtəhsil müəssisələrinin IX siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda ümumilikdə 77 imtahan mərkəzi ayrılıb. İmtahan Bakı şəhərində 64, Sumqayıt şəhərində 7, Abşeron rayonunda isə 6 binada aparılacaq. Həmin gün Bakı şəhərində 31738, Sumqayıt şəhərində 4060, Abşeron rayonunda isə 2943 nəfər şagirdin imtahanda iştirakı nəzərdə tutulur”.


TQDK sədri onu da qeyd edib ki, orta ümumtəhsil müəssisələrinin XI siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda ümumilikdə 77 imtahan mərkəzi ayrılıb. Onun sözlərinə görə, imtahan Bakı şəhərində 64, Sumqayıt şəhərində 7, Abşeron rayonunda isə 6 binada aparılacaq: “Həmin gün Bakı şəhərində 23755, Sumqayıt şəhərində 3359, Abşeron rayonunda isə 1881 nəfər şagirdin imtahanda iştirakı nəzərdə tutulur. Gəncə, Mingəçevir, Lənkəran, Quba, Qusar, Xaçmaz, Zaqatala, Balakən rayonlarının rus bölməsi şagirdlərinin buraxılış imtahanları üçün adı çəkilən şəhərlərin hər birində 1 imtahan mərkəzi yaradılıb. İyunun 8-də həmin şəhərlərin orta ümumtəhsil müəssisələrinin rus bölməsinin IX sinfində təhsil alan 1605 nəfər şagirdi, 1365 nəfər isə XI sinif şagirdi imtahan verəcək. Bu imtahanların idarə edilməsi üçün ümumilikdə 344 imtahan rəhbəri, 3190 nəzarətçi-müəllim ayrılıb”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 767

Oxşar yazılar