İkinci dəfə ana olmağa hazırlaşan müğənni Sevda Sanəliyeva oğlu ilə birgə səhnəyə çıxıb. Lent.az-ın məlumatına görə, oğlu ilə birgə fotosunu sosial şəbəkədə paylaşan müğənni təəssüratını bölüşüb: “Şəkillərimi gec-gec paylaşırdım. Bundan sonra tez-tez paylaşacam, artıq özümü yaxşı hiss edirəm. Ailəlikcə səhnədəyik. Balalarım musiqiçi olacaq, deyəsən. Oğlum səhnəyə çıxan kimi musiqiçilərin yanına qaçır. Musiqini sevir. Görək, ikinci cırtdanım necə olacaq”.
Qeyd edək ki, S.Sanalıyeva 2014-ci ilin iyul ayında gizli ailə qurub. Həmin evlilikdən Elgün adlı bir oğlu var.