Gülbən Ərgən Şəms Təbrizinin yanında dəfn olunmaq istəyir
16 sentyabr 2013 17:53 (UTC +04:00)

Gülbən Ərgən Şəms Təbrizinin yanında dəfn olunmaq istəyir

Türkiyənin məşhur müğənnisi Gülbən Ərgən məşhur Azərbaycan şairi və mütəfəkkiri Şəms Təbrizinin türbəsi yaxınlığında dəfn olunmaq istəyir.

 

Lent.az-ın verdiyi məlumata görə, Gülbən Ərgən bunu “Hürriyet” qəzetinə müsahibəsində söyləyib.

 

Gülbən Ərgən Şəms Təbrizinin yaxın dostu, Türkiyənin tanınmış şair və mütəfəkkiri Cəlaləddin Rumidən (Mövlana) də danışıb: “Şəms bir günəşdir, ona eynəksiz baxa bilmərik. Gözlərimiz qamaşır. Şəms Təbriziyə baxmaq üçün eynəyim Cəlaləddin Rumidir”.

 

Gülbən Ərgən öldükdən sonra dəfn olunmaq üçün Konyada Şəms Təbrizi və Cəlaləddin Ruminin türbələri arasındakı məzarlıqda bir yer satın almaq istədiyini də söyləyib: “Ancaq istədiyim olmadı. Türbələr arasında bir məzarlıq var, Üçlər Məzarlığı. Elə hesab edirəm ki, o məzarlıqdan məzar satın almaq istəyən tək mən deyiləm. Hər yerdən məzar yeri satın alına biləcəyimi, amma oradan ölmədən məzar satın alına biliməyəcəyimi  öyrəndim. Bunun özü belə o qədər şey anladır ki... Bəzən maddi durum, güc və ətrafının həyatda istədiklərimizə nail olmağa yetmədiyini görmək özü də gözəldir”.

# 1337
avatar

Oxşar yazılar