<b>Azərbaycanlı ifaçı<span style="color:red;"> MƏHKƏMƏ QARŞISINDA </b>
28 aprel 2016 13:48 (UTC +04:00)

Azərbaycanlı ifaçı MƏHKƏMƏ QARŞISINDA

“Brodyaqa” mahnısı ilə məşhurlaşan müğənni Elbrus Canmirzəyevə qarşı cinayət işi açılıb. Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, Elbrus Canmirzəyev ehtiyatsızlıqdan insan ölümünə səbəb olan yol hərəkəti törədib. O, hazırda yol hərəkəti qaydalarının pozulmasında ittiham olunur.

 

Qeyd edək ki, E.Canmirzəyev 24 yaşındadır, Rusiyada yaşasa da Azərbaycan vətəndaşıdır. Ona qarşı açılan cinayət işi Rusiyanın Krasnodar vilayətinin prokurorluğu tərəfindən məhkəməyə göndərilib.


Məlumata görə, müğənni sürücülük vəsiqəsi olmadan avtomobil idarə edib. Qəza isə ötən il dekabr ayının sonlarında baş verib. O, "Lexus" markalı avtomobillə qaranlıq vaxtı eyni istiqamətdə qarşıdan hərəkət edən "Skaniya" yük maşınına çırpılıb. Qəza nəticəsində müğənninin 34 yaşlı prodüseri Kamran Əmirov həyatını itirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 289

Oxşar yazılar