Müğənni Niyam Salaminin bir müddət öncə vəd etdiyi sürpriz layihənin nədən ibarət olduğu məlum olub. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, özünü aparıcı kimi sınayacaq: “Bir müddət öncə mətbuata açıqlama vermişdim ki, yeni layihə üzərində çalışıram və özümü başqa bir ampluada da sınayacam. Amma proyektin nədən ibarət olduğu barədə danışmamışdım. Amma ötən gün layihəmin bütün detalları barədə danışıqlar oldu. Sonda anlaşdıq. Artıq tamaşaçılar məni yalnız müğənni kimi yox, aparıcı kimi də görəcək. Verilişimdə şou-biznesin ən tanınmış simaları qonaq olacaq. Layihənin mahiyyəti və hansı telekanalda yayımlanacağını isə indidən söyləmək istəmirəm. Çünki bu ideyamı şou-biznesdə olan oğrular mənimsəyə bilərlər. Sözügedən layihə üçün Moskvada fotosessiya da etdirmişəm. Düşünürəm ki, layihəm tutarlı olacaq. Çünki buna əminəm”.
Müğənni N.Salaminin Moskvada həyata keçirdiyi fotosessiyadan şəkilləri təqdim edirik.