Azərbaycanlı müğənni: <b>"Mahnını özüm yazmışam, plagiat deyil"</b>
26 avqust 2014 10:52 (UTC +04:00)

Azərbaycanlı müğənni: "Mahnını özüm yazmışam, plagiat deyil"

 

Azərbaycanlı müğənni Nurlan Təhməzlinin ifa etdiyi “Gəl evlənək” adlı bəstə müzakirələrə səbəb olub. Lent.az-ın məlumatına görə, bir çox dinləyicilər N.Təhməzlinin ifa etdiyi bu mahnının erməni müğənni Razmik Amyanın ifa etdiyi “Vay-vay” mahnısının eynisi olduğunu iddia edib.

 İfaçı özü isə ittihamlara bu cür şərh verib: “Bu, erməni mahnısı deyil! Musiqidən anlayışı olan hər kəs mahnıya qulaq asarkən bunu təsdiqləyəcək. Mahnını şəxsən özüm, milli rəqs havalarımızdan ilhamlanaraq yazmışam. Bəzi dinləyiciləri çaşdıran məqam isə, mahnının sonunda dediyim - “Bay, bay, bay” ifadəsidir. Nədənsə, bəziləri bunu ermənisayaq “Vay, vay”la səhv salıblar. Klipə diqqətlə baxanlar buna əmin ola bilər”.

Qeyd edək ki, “Gəl evlənək” mahnısının musiqisi ifaçının özünə, sözləri isə Zülfi Bədəlova məxsusdur. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1651

Oxşar yazılar