<span style="color:red;">Azərbaycanlı müğənni:  "Qazandığım uğura görə atama borcluyam"
04 may 2016 10:15 (UTC +04:00)

Azərbaycanlı müğənni: "Qazandığım uğura görə atama borcluyam"

Azərbaycanlı müğənni Murad Sadıx yeni mahnı ifa edib. Lent.az-ın məlumatına görə, sözləri Nazim Zeynalova, musiqisi bəstəkar İmruzə Hüseynovaya məxsus olan bəstə "Xatirəm olacaq" adlanır: "Uzun illərdir İmruzə xanımla ailəliklə dostluq edirik. Bu bizim "Badamı gözlər" bəstəsindən sonra ikinci yaradıcı işbirliyimizdir. "Xatirəm olacaq" mahnısı qəmgin notlar üzərində yazılsa da, inanıram ki, bu ifam da yetərincə dinləyici marağına səbəb olacaq. Bəstənin söz yazarı Nazim bəy şeirdəki bəzi sözləri mərhum atasının ruhuna ünvanlayıb. Allah dünyadan köçən cəmi valideynlərə rəhmət eləsin. Şəxsən mən əldə etdiyim bütün uğurlarımı göydə Allaha, yerdə atam və anama borucluyam. Valideyn dayağını hiss etdiyim üçün, hər zaman özümü güclü hiss edirəm".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 379

Oxşar yazılar