Azərbaycanda fəaliyyət göstərən türkiyəli prodüser Kemal Cenk İçtən bu səhər xoş xəbər alıb. Lent.az-ın məlumatına görə, tanınmış azərbaycanlı model və aktrisa Minarə Allahverdiyeva ilə evli olan prodüserin qız övladı dünyaya gəlib.
C.İçtən təəssüratlarını da bölüşüb: “Canım qızım Məryəm Nur, həyatımıza xoş gəldin”.
Xatırladaq ki, cütlük bu il fevralın 1-də Minarənin doğum günündə ailə qurub.
Onu da qeyd edək ki, bu evlilik hər cütlüyün ilk nikahı deyil.