Aygünün qızı İlqarə ata soyadından imtina etdi
27 sentyabr 2013 15:51 (UTC +04:00)

Aygünün qızı İlqarə ata soyadından imtina etdi

Xalq artisti Aygün Kazımovanın qızı İlqarə "İbrahimova" soyadından imtina edib, "Kazımova" soyadını götürüb. 

 Axşam.az-ın verdiyi xəbərə görə, bu barədə Aygün Kazımova "Lider" televiziyasında yayımlanan "Pərdə" verilişində məlumat verib. Belə ki, xalq artisti bildirib ki, qızı İlqarə həmişə  onun soyadını daşımaq istəyib: "İlqarə həmişə deyirdi ki, mən də Kazımova olmaq istəyirəm. Mən də razılaşdım. İndi o, İlqarə Kazımovadır və hər zaman da belə qalacaq”.

# 2699
avatar

Oxşar yazılar