Xalq artisti Aygün Kazımova Xəzər Rayon Polis İdarəsinə çağırılıb. Lent.az-ın “qafqazinfo”ya istinadən məlumatına görə, xalq artistinin həmkarı Natəvan Həbibinin şikayəti üzrə polis şöbəsinə çağırılaraq izahatı alınıb. “Qafqazinfo”ya açıqlama verən Natavan Həbibi məsələdən danışıb. “Bəli, mən Aygün Kazımova, Tolik və Zoriki məhkəməyə vermişəm. Bu 3 şəxs hər dediyi ifadələrə görə qanunla cavab verəcəklər. Aygün Kazımova mənə nə edibsə, ömrümün sonunadək hamısını qaytaracam. Erməni söhbətini ilk dəfə o qaldırıb. Mənə nə edibsə, 5 qatı ona qayıdacaq. Heç vaxt onu bağışlamaram. Allah cavabını versin. Mənim haqqımda nə deyirsə, hamısı özüdür, özünə deyir. Mən heç kimin qabağında susmamışam və susmaram. Yaşayış yerim üzrə Xəzər rayon polis idarəsinə müraciətimlə bağlı Aygün Kazımova polis idarəsinə çağırılıb və izahatı alınaraq tədbir görülüb. Vaxtı gələndə hamısını ətraflı açıqlayacam. Hər şeyin öz vaxtı var. Natəvan onlar kimi deyil, Natəvan çox ağıllıdır”.

Oxşar yazılar

Evliliyindən peşman olan 4 məşhur
7 iyul 2025 , 14:11
Öldürüldüyü deyilən müğənni sağ imiş - Rəfiqəsi açıqladı - YENİLƏNİB
5 iyul 2025 , 21:06
Bred Pitt peşmandır: "Colini sevirdim, böyük səhvlər etdim"
5 iyul 2025 , 18:19
Kıvanç Tatlıtuğ yeni serialla ekranlara qayıdır
5 iyul 2025 , 13:00
Konsertdən zəngin olan sənətçilər
5 iyul 2025 , 11:33
Ən reytinqli serialin ulduzu soyundu
4 iyul 2025 , 12:14
İrem Derici özündən 12 yaş kiçik sevgilisindən ayrıldı
3 iyul 2025 , 18:01