Aygün Faiqin əvəzinə Rəhim Rəhimlinin cavabını verdi
10 iyun 2014 10:29 (UTC +04:00)

Aygün Faiqin əvəzinə Rəhim Rəhimlinin cavabını verdi

Xalq artisti Aygün Kazımova həmkarı, dostu Faiq Ağayevin müğənni Rəhim Rəhimli ilə olan qalmaqalına münasibət bildirib. Lent.az-ın məlumatına görə, A.Kazımova sosial şəbəkədə dostu F.Ağayevi müdafiəsinə qalxaraq, R.Rəhimliyə bu sözləri ünvanlayıb: “ “İllərə, günlərə, konsertlərə, performanslara meydan oxuyan... Gənc həmkarlarına illərlə örnək olan... Ustad dərslər keçən, estradamızın tək və rəqibsiz meqastarı Faiq Ağayevdir. Düz 26 ildir bunun şahidiyik. Dostum Rəhimin söylədiyi qarmaqarışıq fikirlər məni çox təəccübləndirdi. Burada böyük anlaşılmazlıq var. Bu anlaşılmazlığa elə Rəhim özü aydınlıq gətirib, son qoyacaq. Mən Rəhimi belə biri kimi tanıyıram. Düşünürəm ki, heç də yanılmıram”.
 

 

A.Kazımovanın bu şərhinə isə F.Ağayev bu cür şərh verib: “Bu da illərin sınağından keçmiş sənətkar dostum Aygün Kazımovanın mövqeyi”.

 


Qeyd edək ki, R.Rəhimli "10-lar" verilişində F.Ağayev barəsində bu sözləri demişdi: "Faiq Ağayev məndən illər öncə səhnədədir. Zamanında konsertlər verib, əməkdar, xalq artistidir. Sənətdə hər istədiyinə nail olub. İndi o rəqabətə can atmır. Heç kimlə bəhsə girmir. Bu yaxınlarda özü də dedi ki, artıq mənim zamanım deyil. Mən də elə düşünürəm ki, artıq Faiq Ağayevin zamanı deyil” .

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2094

Oxşar yazılar