“İlhaməylə Fatiməyə pis cadu ediblər, Röya boşanacaq, Aygün isə...” - ŞOK
21 dekabr 2013 13:20 (UTC +04:00)

“İlhaməylə Fatiməyə pis cadu ediblər, Röya boşanacaq, Aygün isə...” - ŞOK

El arasında belə bir deyim var: “Fala inanma, faldan da qalma”.  Başqalarını deyə bilmərik, amma əksər şou-biznes nümayəndələri faldan qalmırlar. Zaman-zaman onların xidmətindən istifadə edirlər. Buna görə, xeyli pul xərcləyənləri də var.

Amma bu dəfə onları əziyyətdən qurtardıq. Gələn il başlarına nə gələcək, nələr olacaq deyə falçı yanına tələsməsinlər.

Lent.az şou-biznes nümayəndələrinin əksəriyyətinin üz tutduğu baxıcını tapdı: Almaz Yolçuyevanı... Almaz xanım da 2014-cü ildə şou-biznes əhlinin başına nələr gələcəyini bizə söylədi.

 

Bizlik bu qədər, ardını Almaz Yolçuyeva deyəcək... 

 

 

- İlhamə Quliyeva gözəl xanımdır, günü-gündən də gözəlləşir.  Amma onu əməllə, cadu ilə xəstəliyə düçar eləyirlər. 2014-cü ilin ortalarında onu elə bir “udar” gözləyir ki, gəl görəsən. Hətta bu zərbədən ayağa qalxmaya da bilər. Özü də bu zərbəni fiziki cəhətdən alacaq. Bu işlərin başında isə onu sevməyənlərin cadusu durur. Onun ölməsi üçün düşmənləri nələri eləmirlər ki? Amma mən İlhamə xanıma bacardığım qədər kömək etmək niyyətindəyəm. Yoxsa, o, çox pis olacaq. Bu sözlərimi unutmayın. Bir şeyi də deyim ki, onun komandası yenidən dəyişəcək ”.

May-iyun aylarında Flora Kərimova çox əsəb, stress keçirəcək. Hətta yenidən məhkəməyə düşəcək. Hazırda səhhətində problem var. Bu problem 2014-cü ildə də davam edəcək.

Röya həyat yoldaşı Anardan ayrılacaq. Onları bir yerdə yaşamağa qoymayacaqlar. Mən bu sözü deyirəm və sözümün üstündə də dururam. Onların bir yerdə olmağını istəməyən insanlar çoxdur. İndi Röya deyə bilər ki, nə oldu, indiyə qədər ayrılmadıq, indi ayrılırıq? Amma onların taleyində ayrılıq var. Onu da deyim ki, onlar boşanıb, 2-3 il küsülü qaldıqdan sonra, barışacaqlar. Uşağa görə. Yaradıcılığında isə  uğurlar gözlənir.

 

Aygün Kazımova çox çalışır. Yaradıcılığından çox, şəxsi həyatında da xeyirli iş olacaq. Özü də qızı İlqarə ilə bağlı. Amma onun səhhətində də problemlər gözlənilir. O, “udar” ala-ala gəlir. Amma növbəti 2014-də lap pis “udar” alacaq. Hətta yatağa düşəcək. Şəxsi həyatında baş verənlər yaradıcılığına təsir etməyəcək.

 

Namiq Qaraçuxurlunun səsi tutulacaq. Səhhətində ciddi problemləri olacaq. Ona o qədər cadu yedizdirəcəklər ki... Məsləhətim odur ki, bir az diqqətli olsun. Hər yerdə yemək yeməsin. Dua yedizdirə bilərlər. Hətta bir neçə dəfə cəhd də olunub.

 

Manaf Ağayevin səhhətində ciddi problemlər olacaq. 2014-cü ilin ilk yarısı düşərli olmayacaq. Bir-iki kişi müğənnisi ona pis zərbə vuracaq. Pisliklə qarşılaşaq. Lakin iyun ayından sonra özünə gələcək. 

Rəhim Rəhimli çox həvəsdən düşüb. Bu da səbəbsiz olmayıb. Haqsızlıqla üzləşib. Amma 2014-də ona ruh verən, həvəs verən insan olacaq. 2014-cü il onun üçün uğurlu il olsa da, göz yaşı da gözlənilir. Yaxınlarından kimisə itirə bilər. Amma çox istərdim ki, hər şey yaxşı olsun. İtki olmasın.

Zaur və Günay da çox cadu olunur. Zaurda bir az ağrılar olacaq. Amma bu ötüb keçəcək.

Səməd Səmədov təzə ildə səhhəti pisləşəcək. Başı ancaq müalicəyə qarışacaq. Amma  efirlərdə də olacaq.

 

Rəqqasə Fatimə demək olar ki, şou-biznesdə ən çox cadu olunan xanımdır. Hətta bu günün özündə də ona cadu edirlər. Ona çox əməl eləyiblər, cadu olunmuş qidalar qəbul etdiriblər.  Amma At İli ona düşərli olacaq. İşlərindən yeni xəbərlər gələcək.

Nadir Qafarzadə bu il övladları barədə sevincli xəbərlər alacaq. Bu o demək deyil ki, oğlanlarına toy, nişan edəcək. Sadəcə, başqa gözlənilməz şad xəbər eşidəcək. Nadirin paxıllığını çəkənlər çoxdur. Özü də dostlarıdır. Yaradıcılığında da şad xəbər, illər ərzində gözlədiyi bir adı qazanmağı gözlənilir.

Təranə Qumralla Musa Musayev arasında qalmaqalları  gələn il yenidən başlayacaq. Yenə dalaşacaqlar. Amma  barışacaqlar. Onlar elə ömürlərinin axırına kimi dalaşıb-barışacaqlar. Başqa pis heç nə deməyəcəm, özünüz görərsiniz.

Baxıcı onu da əlavə etdi ki, yeni ildə şou-biznesdə ölüm xəbərləri hədsiz çox olacaq: “Ötən il söylədiyim bütün nüanslar öz təsdiqini tapdı. Nələri söyləmişdim oldu. Bu  ən azı dörd-beş ölüm xəbərini eşidəcəyik. Bunların içində yaşları elə də çox olmayan sənətçilər var. Avtomobil qəzasında dünyasını dəyişənlərin olacağını da görürəm. Müğənnilərin məhkəmə işləri də çoxalacaq”. 

# 7850
avatar

Oxşar yazılar