“Böyük səhnə” seçim edir
13 yanvar 2014 17:37 (UTC +04:00)

“Böyük səhnə” seçim edir

İctimai televiziyada yayımlanacaq “Böyük səhnə” layihəsinin komandası “Eurovision-2014” beynəlxalq müsabiqəsində Azərbaycanı təmsil edəcək iştirakçını müəyyən etmək üçün regionlarda seçim turlarına başlayıb. Lent.az-ın məlumatına görə, seçim turunun ilk mərhələsi ötən gün Qubada baş tutub. Münsiflər heyəti  fərqlənən iştirakçıları növbəti tura dəvət ediblər.

 

 

Xatırladaq ki, 2-ci seçim turu yanvarın 15-16 Bakıda keçiriləcək.

 

Onu da əlavə edək ki, “Böyük səhnə” – Azərbaycan teleməkanında yeni beynəlxalq musiqi layihəsidir.

 

 

Qeyd edək ki, “Böyük səhnə” layihəsinin seçim turu paytaxt daxil olmaqla ölkənin 8 ən iri şəhərlərini əhatə edəcək. Bakıdakı super-kastinqin nəticələrinə görə isə üç finalçı 4 həftə ərzində ən yaxşı vokal, xoreoqrafiya, aktyor sənəti peşəkarlarından təhsil alacaq.

# 904
avatar

Yalçın UĞUR

Oxşar yazılar