Xalq artistinin qızına elçi düşdülər
04 noyabr 2023 11:12 (UTC +04:00)

Xalq artistinin qızına elçi düşdülər

Xalq artisti, nağara ifaçısı Natiq Şirinovun qızına elçi gəlib.

Lent.az-ın xəbərinə görə, bu barədə o, özü sosial şəbəkə hesabında məlumat yayıb.

Xalq artistinin qızı Sevilin elçilik mərasimi baş tutub. O, Semih adlı gənclə ailə quracaq.

Qeyd edək ki, bu nağara ifaçısının evində ilk şadlıq mərasimi deyil. Natiq Şirinovun oğlu Ümid Xalq artisti Alim Qasımovun nəvəsi ilə evlidir.

# 56703
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar