Xalq artisti  DƏFN OLUNDU   -  VİDEO   -  YENİLƏNİB
23 fevral 2022 17:47 (UTC +04:00)

Xalq artisti DƏFN OLUNDU - VİDEO - YENİLƏNİB

Xalq artisti Kamil Cəlilov II Fəxri xiyabanda dəfn olunub.

Lent.az xəbər verir ki, musiqiçi bu dəqiqələrdə torpağa tapşırılıb. 

***

13:05

Xalq artisti Kamil Cəlilov Bilgəhdə dəfn olunacaq.

Lent.az xəbər verir ki, bunu APA-ya açıqlamasında qızı Gülşən Cəlilova bildirib.

O, mərhum qaboy ifaçısı Kamil Cəlilovun öz vəsiyyəti ilə həyat yoldaşının yanında dəfn ediləcəyini deyib.

Dəfn bu gün günorta saatlarında baş tutacaq.

***

09:15

Azərbaycanın Xalq artisti, qoboyçusu, bəstəkarı və pedaqoqu Kamil Cəlilov dünyasını dəyişib. Lent.az xəbər verir ki, 84 yaşında vəfat edən musiqiçi bu gün torpağa tapşırılacaq. 

Qeyd edək ki, 1938-ci il yanvarın 29-da Buzovnada anadan olan K.Cəlilov qoboy alətini muğam janrına gətirən ilk ifaçıdır. Bəstəkar Fikrət Əmirovun qoboy və fortepiano üçün "Altı pyes"inin ilk ifaçısıdır. 1990-cı ildə Kamil Cəlilovun ifa etdiyi "Zəminxarə" muğamı Qara Yanvar hadisələri ilə sıx əlaqələndirilir. Ailəli idi, 3 qızı var. 

Xatırladaq ki, xalq artisti, qoboy alətinin mahir ifaçısı bu yaxınlarda 31-ci ildönümünü qeyd etdiyimiz 20 Yanvar faciəsinin ağrı-acısının musiqi dili ilə xalqa çatdırılmasında böyük xidmətlər göstərib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 19821
avatar

Yalçın UĞUR

Oxşar yazılar