Ulduz oyunçu ərə gedir? - Hamı bu üzükdən DANIŞIR
23 may 2022 12:59 (UTC +04:00)

Ulduz oyunçu ərə gedir? - Hamı bu üzükdən DANIŞIR

Məşhur aktrisa Demet Evgarın ikinci toyuna məşhurların yürüşü olub.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, evlənən aktrisanın toyuna təşrif buyuran tanınmışlardan Burçin Terzioğlunun barmağında parıldayan üzüyü diqqət çəkib. 

Toya sevgilisi Umut Duygu ilə qatılan Burçinə jurnalistlər “Umut bəyin hədiyyəsidir?”, – sualını ünvanlayıb. O, bu sualı cavabsız qoyaraq müzakirələrə səbəb olub. Sevilən aktrisa bu addımı ilə yaraşıqlı sevgilisilə birgə nikah masasına əyləşəcəyinə dair şayiələr yayılacağı şübhəsizdir. 

Qeyd edək ki, aktrisa Demet Evgarın bu toyuna Esra Dermancıoğlu, Beyza Şekerci-Engin Hepileri, Emre Karayel, Gülse Birsel, Ceren Moray, Songül Öden, Serkan Keskin, Meriç Aral, Nergis Öztürk ve Okan Yalabık kimi bir çox məşhur qatılıb. 

 

# 2814
avatar

Nigar Namiq

Oxşar yazılar