Sabiq futbolçu Gökhan Çıranın bir neçə gün öncə 2 yaşlı uşaqla sosial şəbəkədə paylaşdığı paylaşıma görə prokurorluq tərəfindən ifadəsinin alınmasına qərar verilmişdi.
Lent.az xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan fotoya Türkiyə Ailə və Sosial Xidmətlər Nazirliyi Bakırköy Respublika Prokurorluğuna müraciət edərək, araşdırma başlanılmasını və uşağın müvəqqəti olaraq dövlət yataqxanasına yerləşdirilməsini istəyib.
İnstaqram hesabından açıqlama verən Gökhan Çıra "O mənim bioloji qızımdır, həyat sevincimdir. Atalıq sevinci və qüruru ilə cəmiyyətin dəyərlərinə qarşı bir səhv etmiş kimi göründümsə üzr istəyirəm" deyə yazıb.
Bu gün məhkəmə Gökhan Çıranın qızının onda qalmasına qərar verib.
Qeyd edək ki, Gökhan Çıra cinsini dəyişərək qadın olmuş tanınmış bloger Selin Çikerçi ilə evlənib. Qızı isə daşıyıcı ana vasitəsi ilə dünyaya gəlib.