Türkiyənin "TV 8" kanalında yayımlanan “Survivor” yarışmasının yayım tarixi məlum olub.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, yarışma yanvarın 9-u saat 20:00-da yayımlanacaq.
Yarışda həmişəki kimi “Məşhurlar” və “Könüllülər” adlı iki komanda mübarizə aparacaq.
"Survivor" ilə detalları sosial şəbəkə hesabından açıqlayan Acun Ilıcalı hələ ki, ancaq aktyor Cemal Hünalın iştirakı barədə məlumat yayıb.