"Seksual obyekt kimi görünməkdən sıxılmıram" - Monika Beluççi
25 avqust 2023 19:16 (UTC +04:00)

"Seksual obyekt kimi görünməkdən sıxılmıram" - Monika Beluççi

Dünya şöhrətli aktrisa Monika Beluççi son müsahibəsində maraqlı açıqlama verib.

Lent.az-ın xəbərinə görə, 58 yaşlı gözəl aktrisa karyerasını gözəlliyinə borclu olduğunu və seksual obyekt kimi görünməkdən narahat olmadığını bildirib.

“Mənim şöhrətlənməyimdə model karyeramın rolu olub. Ona görə, ilk gündən seksual obyekt kimi görünmüşəm. Seksual büt, ikona, obyekt olmaq məni narahat etməyib və etmir”,- deyə o qeyd edib.

Rejissor Tim Barton ilə birlikdə yaşayan aktrisa onu sehirli ruh adlandırıb.

Monika Beluççinin birinci ərindən iki qızı var.

# 5202
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar