Şəhriyar Oksananı qısqanmağından DANIŞDI
11 iyun 2022 16:01 (UTC +04:00)

Şəhriyar Oksananı qısqanmağından DANIŞDI

"İstəmərəm oğlum burada aktyor olsun. Hollivudda olsaydı, razılaşardım".

Lent.az xəbər verir ki, bu sözləri aparıcı Şəhriyar Əbilov “Tarixin bir günü” proqramında deyib. 

Həyat yoldaşı Oksana Rəsulova ilə birlikdə verilişə qatılan Şəhriyar Əbilov oğlu Osmandan danışıb. O bildirib ki, gələn il oğlu üçün böyük məclis keçirəcəklər:

"Bu yaşda kiçik toy etmək olmaz dedilər. Ona görə də  növbəti il edəcəyik. Böyük məclis olacaq". 

Şəhriyar Oksananı qısqanıb-qısqanmaması haqda da danışıb

"Oksana ailəmin içidir. O, boşluğun buraxılmasına imkan yaratmır. Mən deyim, onu etmə, bunu etmə. Dolğun insandır, bizdə belə şeylərə ehtiyac yoxdur. Elə hərəkət edirik ki, nə özümüz gözdən düşək, nə də övladımız utansın." 

Oksana Rəsulova da rəqs etməməyinin səbəbini açıqlayıb:

"20 il ərzində bir simvolum var idi: Mathuri Dixit. Ona baxıb rəqqasə oldum. Hər zaman ona yazırdım, rəqslərimi göndərirdim. Bir gün mənim videomdan danışdığını dedilər. Məni çağırdı, geyimini verdi. Mənim üçün bu şah əsər idi. 20 il getdiyim o yoldan sonra dedim: bundan sonra daha nə etməliyəm? Məqsədimə çatdım, daha oynadığımı oynadım".

# 2835
avatar

Oxşar yazılar