Əməkdar artist Ruhəngiz Musəvi qonaq olduğu şou proqramlardan birində həmkarı Əli Mirəliyevdən möhkəm incidiyini bildirib.
Lent.az-ın xəbərinə görə, müğənni Əli Mirəliyevin onun barəsində başqa bir kanalda işlətdiyi sözlərə əsəbiləşdiyini söyləyib:
“Kaş, Əli Mirəliyevlə duet oxumazdım. Kənardan baxıram, ayıbdır. Heç olmasa, o duetlərə hörmətlə yanaş, danışığını bil. Əlidən heç gözləməzdim. O dəfə verilişlərin birində deyib “Ruhəngiz Musəvi və Ruhəngiz Allahverdiyeva toyda “Bu gecə” mahnısını qışqıra-qışqıra oxuyublar”. Ayıbdır! Bundan sonra onunla efirə çıxmayacağam. Danışığına fikir ver, bəsdir. Bu şeylər mənə toxunur”.