Əməkdar artist Rəşad İlyasov
05 avqust 2021 10:41 (UTC +04:00)

Əməkdar artist Rəşad İlyasov

Rəşad İlyasov boşanmadan danışdı: "O məsələ məni çox narahat edir"

Əməkdar artist Rəşad İlyasov son vaxtlar boşanmaların sayının artmasından söz açıb.

Lent.az-ın məlumatına görə, ifaçı “Üzə-düz”də bu sözləri deyib: “Boşanmada cəmiyyəti günahkar bilmək olmaz. Cəmiyyət deməyib ki, siz boşanın. Fikir vermişəm ki, boşananların çoxu özləri sevib-seçənlər olub. Bölgələrdə daha çox görürük ki, valideyn övladın ailə seçiminə qarışır. Qohum evliliyi bəzi fəsadlara yol açır. Hər mənada fiziki və mənəvi tərəfdən sağlam ailə olmur. İnsanlar çox səbirsiz olublar. Bir az boş buraxıb, təmkinli olmaq lazımdır. Ailədə qadın və kişi bir-birinin sözünü dinləmir. Təbii ki, boşanacaqlar. 6 ay yaşayandan sonra ayrılırlar, axı nişanlı da qalırsan, sən o müddətdə tanımalıydın. Erkən yaşda olan nikahları sevmirəm. O məsələ məni çox narahat edir. Boşanmamaq üçün ilk mərhələdə 2-3 il dözmək lazımdır. Çünki hər iki yad nəsil birləşir. Anam da bunu deyirdi həmişə. Gənclər, düşünün, tez ərizə verib boşanmayın”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8532
avatar

Yalçın UĞUR

Oxşar yazılar