Azərbaycanlı müğənni Rəqsanə İsmayılova Tbilisidə konsert verəcək.
Lent.az xəbər verir ki, konsert Tbilisi Dövlət Konsert Zalında baş tutacaq.
Artıq konsert üçün biletlərin satışına başlanılıb. Lent.az-ın əməkdaşı Tbilisidə konsert təşkilatlarına zəng vuraraq, biletlərin qiyməti ilə maraqlanıb.
Saytımıza açıqlama verən təşkilatçılar bildiriblər ki, iki min nəfərlik tutumu olan zala bilet satışı hələ ki zəifdir.
Biletlərin qiyməti isə 20 laridən (12 manat) başlayır.